Səbuhi Məmmədlinin ürəyi dayanıb və... - TƏBİB-dən açıqlama

Səbuhi Məmmədlinin ürəyi dayanıb və... - TƏBİB-dən açıqlama
12 yanvar 2024
# 12:19

TƏBİB jurnalist Səbuhi Məmmədlinin vəziyyətilə bağlı məlumat yayıb.

Kulis.az xəbər verir ki, qurumdan Lent.az-a verilən məlumata görə, tanınmış jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritikdir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

# # #