"Monarch Media" şirkəti uşaq ədəbiyyatının klassik nümunələrindən sayılan "Şaxta babanın həyatı və macəraları" kitabını bədii film kimi böyük ekrana köçürməyə hazırlanır.
Kulis.az xəbər verir ki, "Sehrbaz Oz" əsərinin müəllifi L. Frank Baum tərəfindən 1902-ci ildə qələmə alınan kitabın ssenari uyğunlaşdırması Kali Beyliyə həvalə olunub.
Ekran işinin prodüserliyini Stiv Barnett, Alan Pauell və Vikki Patel edəcək.
Ekran işində Sehrbaz Oz diyarına yaxın sehirli meşədə tərk edilmiş körpə kimi tapılan Şaxta babanın bütün dünyada sevilən bir ikona çevrilməsindən bəhs olunur.
"Monarch Media"nın portfelində Riçard Linkleyterin "Hit Man" filmi, eləcə də Set Roqen və Anna Kendrikin rol aldığı "Babies" komediyası kimi layihələr yer alır.
Şirkət həmçinin Netflix üçün Nik Conasın baş rolda oynayacağı yeni romantik komediya və "A Walk to Remember" filminin yeni versiyası üzərində çalışır.
"Şaxta Baba"nın həyatı ekranlaşdırılır