Saxara səhrasında bilinməyən insan soyuna aid qədim mumiyalar tapıldı

Saxara səhrasında bilinməyən insan soyuna aid qədim mumiyalar tapıldı
2 fevral 2026
# 12:30

Saxara səhrasında tapılan 7 min illik iki qadın mumiyasının insanlıq tarixində əvvəllər bilinməyən bir genetik soy xəttinə aid olduğu müəyyən edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Liviyadakı Takarkori qaya sığınacağında aşkarlanan mumiyalar üzərində aparılan genetik analizlər bu icmanın Sahraaltı Afrika topluluqlarından təxminən 50 min il əvvəl ayrıldığını göstərir.

Araşdırma Şimali Afrikada qədim dövrlərdə genetik baxımdan uzun müddət izolyasiya olunmuş, naməlum insan qruplarının mövcudluğunu sübut edir.

Qeyd edək ki, alimlər Saxara qumları altında belə bir çox tapıntıların ola biləcəyini bildirir.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər