Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

Sarayevo Film Festivalının münsiflər heyətinin sədri açıqlandı
18 iyul 2025
# 17:26

Ukraynalı rejissor Sergey Loznitsa builki Sarayevo Film Festivalının münsiflər heyətinə sədr təyin olunub.

Kulis.az xəbər verir ki, heyətdə aktyor Draqan Miçanoviç, yazıçı-aktyor və rejissor İmanuel Parvu, rejissor Ena Sendiyareviç də olacaq.

Sergey Loznitsa 28 sənədli və 5 bədii film rejissorudur. Onun Kann Film Festivalında təqdim olunan ilk bədii filmi “My joy” (“Sevincim”) və sonralar çəkdiyi “Donbass” (“Donbas”) filmləri olub.

“Donbass” (“Donbas”) filmi ona festivalda “Un Certain Regard” (“Xüsusi Baxış”) kateqoriyasında ən yaxşı rejissor mükafatını qazandırıb.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

# # #