II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu il də müxtəlif diqqətçəkici tədbirlərlə kitabsevərlərin görüşünə gələcək.
Kulis.az xəbər verir ki, festival çərçivəsində 11 iyun saat 13:00 tarixində macar milli şairi Şandor Petofinin həyatı və şeirləri şair Ramil Əhməd tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, Petofi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olub. O, Macar inqilabından ilhamlanaraq "Milli mahnı" şeirini yazıb.
Xatırladaq ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 5-11 iyun tarixlərində Elmlər parkında baş tutacaq.