Salman Rüşdi: "Qorxunun həyatımı idarə etməsinə icazə vermirəm"

Salman Rüşdi: "Qorxunun həyatımı idarə etməsinə icazə vermirəm"
23 oktyabr 2023
# 17:40

Alman Kitab Naşirləri Assosiasiyasının Sülh Mükafatına layiq görülən yazıçı Salman Rüşdi Frankfurt Kitab Sərgisində qonaq olub. Şənbə günü ədəbi qalada çıxış edən Rüşdi qorxunun həyatını idarə etməsinə icazə vermədiyini deyib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yenidən hücuma məruz qalmaq qorxusunun öhdəsindən necə gəldiyini tamaşaçılarla bölüşən Rüşdi "Qorxunu kiçik bir qutuya yerləşdirib otağın bir küncünə qoyuram, sonra da hər günümdən zövq alıram" cavabını verib.

Qeyd edək ki, İranın Ali Rəhbəri Xomeyninin 1989-cu ildə “Şeytan ayələri” romanından sonra verdiyi ölüm fitvasına görə uzun illər təhdid altında yaşayan Rüşdi keçən il Nyu-Yorkda məruz qaldığı bıçaqlanma nəticəsində kor olub.

# 873 dəfə oxunub

Müəllifin son yazıları

# # #