Salman Rüşdi ilk paylaşımını etdi

Salman Rüşdi ilk paylaşımını etdi
7 dekabr 2022
# 10:44

Bu ilin avqust ayında ABŞ-ın Nyu-York ştatında bıçaqla hücuma məruz qalan yazıçı Salman Rüşdi hücumdan 4 ay sonra sosial media hesabında ilk paylaşımını edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, “The New Yorker” jurnalı Rüşdinin yeni “Bir kisə dolu toxum” kitabından bir hissəni internetdə dərc edib. Salman Rüşdi müvafiq bölməni rəsmi Twitter hesabında paylaşıb.


Xatırladaq ki, avqustun 12-də qatıldığı konfransda Livan əsilli Hadi Matarın hücumuna məruz qalan yazıçı ağır yaralanıb və bir gözünün görmə qabiliyyətini itirib. Bu səbəbdən də, yazıçı avqustun 9-dan bəri Twitter hesabında heç nə paylaşmayıb.


# 1308 dəfə oxunub

Müəllifin son yazıları

# # #