Doqquz ay əvvəl bıçaqlı hücum nəticəsində bir gözünü itirən Salman Rüşdi aylarla davam edən müalicədən sonra ilk dəfə kameralar qarşısına keçib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yazıçı 2023 PEN Americas Literary Gala-da iştirak edib. "Şeytan ayələri" kitabının müəllifi "Özümü əla hiss edirəm" deyib.
Qeyd edək ki, Rüşdi qırmızı xalçada yanında həyat yoldaşı Reyçel Eliza Qriffitslə pozalar verib.
Xatırladaq ki, uzun müddətdir Nyu Yorkda yaşayan Salman Rüşdi 2022-ci il avqustun 12-də Buffalo yaxınlığındakı Çautauqua İnstitutunda mühazirə oxumaq üçün podiuma çıxarkən 24 yaşlı Hadi Matar tərəfindən bıçaqlı hücuma məruz qalıb.