Salam Sarvan: "Mən heç bir ədəbi təşkilatın üzvü deyiləm" - Açıqlama

Salam Sarvan

Salam Sarvan

27 oktyabr 2022
# 16:32

“Aydınlıq üçün deyirəm: mənim, ümumən, heç heç bir ədəbi təşkilatla bağlılığım yoxdur, heç AYB üzvü də deyiləm”.

Bu sözləri tanınmış şair Salam Sarvan Kulis.az-a açıqlamasında deyib. O bildirib:

“Bu günlərdə xəbər tutmuşam ki, bəzi saytlarda mənim adım Cəlilabad rayonunda gənclərin yaratadığı ədəbi təşkilatın üzvü kimi hallanıb. Aydınlıq üçün deyirəm: mənim, ümumən, heç heç bir ədəbi təşkilatla bağlılığım yoxdur, heç AYB üzvü də deyiləm. Sadəcə, Cəlilabaddda yaranan təşkilatın yığıncağının keçirildiyi gün rayonda olduğuma görə məni də qonaq kimi dəvət ediblər və gənclərin sözünü yerə salmaq istəməmişəm. Təəssüf edirəm ki, ilk baxışda xırda görünən belə məsələlərə də şərh verməyə məcbur oluruq”.

# 2393 dəfə oxunub

Müəllifin son yazıları

# # #