Şair Məmməd İsmayıl evə buraxıldı

Şair Məmməd İsmayıl evə buraxıldı
9 aprel 2024
# 12:30

Şair Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, hazırda atasının müalicəsi evdə davam etdirilir: “Ağrıları azalıb. Özünü kifayət qədər yaxşı hiss edir. Yuxusu da normallaşıb. Sərbəst yeriyə bilməsə də, əvvəlki ilə müqayisədə çox yaxşıdır”, – deyə o əlavə edib.

İntizar İsmayıl göstərilən diqqətə görə Heydər Əliyev Fonduna və müalicənin aparıldığı xəstəxanaya təşəkkür edib.

# 791 dəfə oxunub

Müəllifin son yazıları

# # #