Şahzadə Ukokanın artefaktları Altaya qaytarılacaq

Şahzadə Ukokanın artefaktları Altaya qaytarılacaq
15 iyul 2024
# 11:24

1993-cü ildə aparılan qazıntılar zamanı tapılmış Şahzadə Ukokanın artefaktları Altaya qaytarılacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, artıq otuz ildir həmin mumiyanın araşdırılması davam edir.

Alimlərin fikrincə, mumiyanın 2500-dən çox yaşı var. Taxta tabutun içində basdırılmış mumiya iyirmi beş yaşlı qıza aiddir. Əyninə ipək köynək, yun ətək geyindirilib, başında isə papaq olub. Yanında altı atla ev və zinət əşyalarının basdırılması onun ya şahzadə, ya da şaman olmasını sübut edir. Bədəninin müxtəlif nahiyələrində isə real və mifoloji heyvanların tatusu var.

Qeyd edək ki, Şahzadə Ukokanın mumiyası Altay Milli Muzeyində, ona məxsus əşyalar isə Novosibirskdəki Arxeologiya və Etnoqrafiya İnstitutundadır. Artefaktlar yaxın vaxtlarda Altaya geri qaytarılacaq.

Şahzadə Ukokanın simasının rekonstruksiyası

# 534 dəfə oxunub

Müəllifin son yazıları

# # #