Şahin Növrəsli: Festivalı təşkil edərkən çətinliklərlə üzləşdik

Şahin Növrəsli:  Festivalı təşkil edərkən çətinliklərlə üzləşdik
14 iyun 2023
# 16:00

İlk dəfə Bakı Beynəlxalq Piano Festivalını təşkil edərkən müəyyən çətinliklərlə üzləşdik. Düşünürəm ki, artıq çətinliklər arxada qalıb və biz növbəti festivalı keçirməyə hazırlaşırıq.

Kulis.az xəbər verir ki, bu barədə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli İkinci Bakı Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransında məlumat verib.

O bildirib ki, festival çərçivəsində "Bu həqiqətin səsidir. Qara Qarayev" filmi nümayiş ediləcək.

Mətbuat konfransında iştirak edən Xalq artisti, filmin müəllifi Oqtay Mirqasımov festivalın işinə uğurlar arzulayıb və film barədə məlumat verib. Bildirib ki, bu ekran əsəri bir sıra beynəlxalq festivallarda mükafat qazanıb. Onun sözlərinə görə, görkəmli fransalı kinoşünas Marsel Marten bu filmi çox yüksək qiymətləndirib.

# 672 dəfə oxunub

Müəllifin son yazıları

# # #