Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edildi

Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edildi
13 may 2023
# 15:45

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Xatırladaq ki, sənətçi Azərbaycan Respublikasının “Tərəqqi” medalı sahibi, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatı, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və muğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

# # #