Sabir Rüstəmxanlı: "Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir"

Sabir Rüstəmxanlı:  "Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir"
6 iyun 2023
# 13:17

“Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım deyil”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, ordunu gücləndirməklə paralel ölkənin daxilində əhalinin sosial müdafiəsi də gücləndirilməlidir: “Qazilərə münasibət məsələsi var, onlar hamısı bizim müdafiə sistemimizin içindədir. Mən sual etmək istəyirəm ki, DSMF və İşsizlikdən Sığorta Fonduna artımların neçə faizi bizim burada qaldırdığımız məsələlərin həllinə yönəldiləcək? Biz dəfələrlə qazilərin işsizliyi, işsizlik problemi, məmur-vətəndaş münasibətlərində problemləri qaldırmışıq. Bu gün yeni gələn məmur öz komandasını gətirir”.

Deputat ailələrin uşağı uşaq bağçasına qoya bilməməsindən də şikayətlənib: “Ailə uşağını bağçaya qoymaq üçün qapı-qapı gəzir. Niyə belə olmalıdır? Uşaqların məktəblərə qəbul olunması qəsdən çətinləşdirilir. Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir”.

# 1136 dəfə oxunub

Müəllifin son yazıları

# # #