Tanınmış şair Rüstəm Behrudinin “Sənin gözlədiyin qərib türk mənəm” adlı yeni şeirlər kitabının təqdimatı baş tutacaq.
Kulis.az xəbər verir ki, təqdimat 23 yanvar, saat 16:00-da "Baku Book Center"də keçiriləcək.
Tədbirin aparıcıları Sevinc Yunuslu və Saleh Bağırov olacaq.
Təqdimatda müəllifin yeni kitabında yer alan şeirlərdən nümunələr səsləndiriləcək, poeziya ətrafında müzakirələr aparılacaq.