Rusiyanın Xalq artisti, şair, yazıçı Mixail Nojkin 89 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının rəsmi saytında məlumat yayılıb.
Təşkilat Nojkinin məhz Böyük Vətən Müharibəsinin (BVM) başlanmasının ildönümü günündə vəfat etməsini simvolik hadisə adlandırıb. O, "Ölməz alay" (Бессмертный полк) himninin müəllifi olmaqla yanaşı, "Sonuncu döyüş" (Последний бой), "Rjev şəhəri yaxınlığında" (Под городом Ржевом) və "Mən səni sevirəm, Rusiya" (Я люблю тебя, Россия) kimi yaddaqalan mahnıları qələmə alıb.
Rəsmi mətbuat açıqlamasında mərhum sənətkarın irsi bu sözlərlə dəyərləndirilib:
"Onun "Əzablı yollarla" (Хождение по мукам), "Rezidentin səhvi" (Ошибка резидента), "Şanlı işlərin başlanğıcında" (В начале славных дел), "Pyotrun gəncliyi" (Юность Петра), "Tənha üzgüçülük" (Одиночное плавание) və "Qurtuluş" (Освобождение) filmlərindəki rolları insanpərvərlik və Vətənə sonsuz sevgi aşılayır".