Rusiyanın məşhur "Böyük Teatr"ı İstanbulda çıxış edəcək

Rusiyanın məşhur "Böyük Teatr"ı İstanbulda çıxış edəcək
13 avqust 2025
# 11:58

Dünyanın ən nüfuzlu balet kollektivlərindən biri olan Rusiyanın "Böyük Teatr"ı İstanbulda çıxış edəcək.

Kulis.az xəbər verir ki, kollektiv 26-27 sentyabrda “Romeo və Cülyetta”, 29-30 sentyabrda isə “Qu gölü” baletini Atatürk Mədəniyyət Mərkəzində səhnələşdirəcək.

Tamaşalar Anton Qrişaninin dirijorluğu ilə Böyük Teatr Orkestrinin müşayiəti ilə keçiriləcək və “Türk Mədəniyyət Yolu” festivalı çərçivəsində təşkil olunacaq.

Teatrın balerinası Svetlana Zaxarova “Romeo və Cülyetta”da Cülyetta rolunu ifa edəcək.

Təxminən 350 nəfərlik heyət, orijinal dekorasiyalar və kostyumlarla İstanbulda çıxış edəcək.

Qeyd edək ki, bu "Böyük Teatr"ın Türkiyə tarixindəki ilk çıxışı olacaq.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər