Rusiyalı reper məhkəməyə verildi

Rusiyalı reper məhkəməyə verildi
15 fevral 2024
# 17:30

Paşa Texnik kimi tanınan rusiyalı reper Pavel İvlev 62 min rubl (1150 manat) borcuna görə məhkəməyə verilib.

Kulis.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, reper səkkiz il ərzində bankdan götürdüyü krediti ödəməyib. Nəticədə qurum musiqiçidən lazımi məbləğin alınması və əmlakının üzərinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Pavel konsertlərin birindən təxminən 300 min rubl (5 564 manat) qazanıb.

# 292 dəfə oxunub

Müəllifin son yazıları

# # #