Rusiyalı musiqiçi Bolşoy Teatrın baş direktoru təyin edildi

Rusiyalı musiqiçi Bolşoy Teatrın baş direktoru təyin edildi
1 dekabr 2023
# 16:20

Moskvanın Bolşoy Teatrına yeni baş direktor təyin olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, məşhur musiqiçi, drijor, Valeri Gergiev beş il müddətinə Bolşoy Teatrın baş direktoru təyin edilib.

Bundan sonra isə Gergiyev həm Marinskiy teatra, həm də Bolşoy teatra rəhbərlik edəcək.

Rusiya baş nazirinin müavini Tatyana Qolikova Gergiyevi kolleltivə təqdim edib. Bildirib ki, Bolşoy teatrla Marinski teatrın birləşməsi olmayacaq, onlar müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərəcəklər.

Qolikova Bolşoy Teatrın Gergievin rəhbərliyi altında da yaxşı işləyəcəyinə ümid etdiyini bildirib.

Gergiev isə üzərinə böyük məsuliyyət qoyulduğunu söyləyib. Qeyd edib ki, Bolşoy Teatrın tamaşalar kolleksiyasını zənginləşdirməsi üçün əlindən gələni edəcək.

Qeyd edək ki, V. Gergiyev indiyə kimi Sankt-Peterburqda yerləşən Marinskiy teatrın baş direktoru vəzifəsində çalışıb.

# 583 dəfə oxunub

Müəllifin son yazıları

# # #