Rusiyalı aktyor itkin düşüb

Rusiyalı aktyor itkin düşüb
6 mart 2024
# 10:40

“Xüsusi qrup” serialının aktyoru İvan Liberov ad günündə Moskvada yoxa çıxıb.

Kulis.az xəbər verir ki, onun itməsi ilə bağlı Liberovun həyat yoldaşı məlumat yayıb.

Martın 2-də sənətçinin 46 yaşı tamam olub.

Onunla gündüz Moskvadakı kilsələrin birindən çıxdıqdan sonra əlaqə qurmaq mümkün olmayıb.

Hazırda aktyorun itkin düşməsi ilə bağlı araşdırma aparılır.

# 632 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #