Rusiya teatrları Beynəlxalq Teatr Olimpiadasına dəvət olunmadı

Rusiya teatrları Beynəlxalq Teatr Olimpiadasına dəvət olunmadı
15 aprel 2023
# 16:20

Bu gündən Macarıstanın paytaxtında Beynəlxalq Teatr Olimpiadası başlayır.

Kulis.az xəbər verir ki, Budapeşt şəhərində keçirilən X olimpiadada Rusiya teatrları iştirak etmir.

Rusiyalı aktyorların olimpiadaya dəvət edilməməsi barədə qərar digər iştirakçıların etirazı nəzərə alınaraq qəbul olunub.

Təşkilat Komitəsinin rəhbəri tədbirə 58 ölkədən 400 teatr kollektivinin qatıldığını və onların 70 səhnədə 750 tamaşa göstərəcəklərini bildirib.

Tamaşalar Budapeştlə yanaşı, digər şəhərlərdə də nümayiş olunacaq: Debretsenə həvəskar teatrlar gələcək, Peç şəhəri tələbə kollektivlərini qəbul edəcək, Zalaeqerseqdə isə kukla və küçə teatrları yığışacaq. Macarıstan hökuməti tədbirin keçirilməsi üçün 4,5 milyard forint (12 milyon avro) ayırıb. İstirahət günləri Budapeşt meydanlarının bir çoxu teatr səhnələrinə çevriləcək.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #