Rusiya məşhur reperi casus elan etdi

Rusiya məşhur reperi casus elan etdi
10 oktyabr 2022
# 17:40

Rusiyanın Ədliyyə Nazirliyi məşhur reper Oksimironu casus elan edib.

Kulis.az NTV-yə istinadla xəbər verir ki, əsl adı Miron Fyodorov olan reper 4 jurnalist və məşhur yazıçı Dmitri Qlükovski ilə birlikdə casus siyahısına salınıb. Buna səbəb məşhur reperin Kremlin Ukraynaya hücumu barədə “Bu fəlakət və cinayətdir!” fikirlərini səsləndirməsi olub.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə daxil olduğu fevral ayından bəri ölkəsini tərk etmiş reper Ukraynalı köçkünlərə dəstək məqsədilə konsertlər təşkil edir. Həmçinin, 2002-ci ildə nəşr edilən “Metro 2023” kitabının müəllifi Qlükovski də Rusiyanın Ukraynaya hücumunu pislədiyi üçün bir müddət əvvəl məhkəmə tərəfindən qiyabi həbs edilib.

# 1332 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #