Məşhur aktyorlar San Penn və Ben Stillerə Rusiya tərəfindən qadağa qoyulub.
Kulis.az xəbər verir ki, San Penn və Ben Stiller 6 sentyabr tarixində Rusiya Xarici İşlər Nazirliyi tərəfindən qadağa qoyulan 25 yüksək vəzifəli şəxs və mədəniyyət xadimi arasında yer aldılar.
Hər iki aktyora Rusiya-Ukranya savaşında Ukranyaya dəstəyinə görə qadağa qoyuldu.
Qeyd edək ki, Rusiya Dövlət Departamentinin açıqladığı siyahıya həmçinin Rik Skot, Mark Kelli, Pat Tomey, Kevin Kramer və Kristin Sinema kimi senatorlar və ABŞ-ın ticarət naziri Gina Raimondo da daxil olmaqla çoxsaylı ABŞ ticarət rəsmiləri də daxildir.