“Rus rəqqasə” tablosunun adını “Ukrayna geyimli rəqqasə” ilə dəyişdirildi

“Rus rəqqasə” tablosunun adını  “Ukrayna geyimli rəqqasə” ilə dəyişdirildi
10 fevral 2023
# 15:30

Nyu-Yorkun “Metropolitan” muzeyi fransız impressionist rəssam Edqar Deqanın “Rus rəqqasə” tablosunun adını dəyişib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə muzeyin saytında bildirilib.

Əsərin adı “Ukrayna geyimli rəqqasə” kimi dəyişdirilib. Bundan başqa rəsm əsəri haqda məlumatda da əvvəllər Deqanın 1899-cu ildə rus rəqqasələrlə bağlı silsilə əsərlər çəkməsi açıqlaması “Ukrayna milli geyimində rəqqasələri çəkib” kimi dəyişiklik edilib.

Xatırladaq ki, ötən ilin aprelində London Milli Qalereyası da Deqanın “Rus rəqqasələr” adlı tablosunun adını dəyişərək “Ukrayna rəqqasələri” qoymuşdu.

# 902 dəfə oxunub

Müəllifin son yazıları

# # #