“Rus klassikası” adlı qala-konsert keçirilib

“Rus klassikası”  adlı qala-konsert keçirilib
25 iyun 2024
# 10:08

Rusiya Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Sarayında “Rus klassikası” adlı qala-konsert keçirilib.

Kulis.az xəbər verir ki, qala-konsertin açılışında dirijor, Rusiya Federasiyasının Əməkdar artisti İvan Rudinin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dahi rus bəstəkarları P.İ.Çaykovski, S.V.Raxmaninov, N.A.Rimski-Korsakov və D.D.Şostakoviçin məşhur əsərlərini ifa edib. Konsertin solistləri Mariya Barakova (mezzo-soprano), Aleksey Melnikov (piano) və Sergey Doqadin (skripka) olublar.

Qeyd edək ki, iyunun 25-də Bakıda Rusiya Mədəniyyət Nazirliyi və “Roskonsert” Federal Dövlət Büdcə Mədəniyyət İnstitutunun dəstəyi ilə Rusiya ilə Azərbaycan arasında humanitar və mədəni əməkdaşlığın gücləndirilməsinə yönəlmiş silsilə tədbirlər təşkil olunacaq.

# 513 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #