Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
10 may 2024
# 13:30

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş “Zinka, şinelini götür, evə gedirik” adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Bakıdakı Rus evinin təşkilatçılığı ilə baş tutub. Konsertdən əvvəl Moskvadakı Aleksandrovsk bağındakı Naməlum əsgərin məzarından Ümumrusiya Xalq Cəbhəsi nümayəndələrinin gətirdikləri əbədi məşəlin bir hissəsi “Alovun xatirəsi” aksiyası çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevə təqdim edilib.

Ədəbi-musiqili axşamın proqramı cəbhəçi şairlər Bulat Okucavanın və Yuliya Druninanın 100 illiyinə həsr olunub və müharibə illərinin şeirlər və mahnılarından ibarət olub.

Tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının artistləri - Azərbaycanın əməkdar artistləri İnna İmranova və Maqsud Məmmədov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri - Azərbaycanın Əməkdar artisti Boris Qrafkin, Yuliya Heydərova və Maqsud Məmmədov, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının solisti Firuz Məmmədov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını solisti İqor Yadrov, Kristina Əfəndiyevanın rəhbərliyi ilə Arxangel Mixail kilsəsinin xoru, Mələyin vokal-xor qrupu (rəhbəri Mələk Vəlizadə), estrada ifaçıları - Alina Litvinova, Georgi Çernoqorov və Qasım Xəlilov, xoreoqraflar - Lenay Seydəli-zadə, Esfir Quliyeva və Aylin Bayramova, “Gülüstan” və “Yaşlek” rəqs ansamblları, BXA-nın tələbəsi İmran Aslanlı, “Jam SS” Musiqili və Şou Teatrının aktyoru Rəhim Quliyev, yazıçı-dramaturq Anara Axundova, “Günay” uşaq teatrının aktrisası Zlata Marina, beynəlxalq festivalların laureatları – Rəsul Cahangirli, Emil İsmayılov, Timur Qarayev və Aleksey Dzyuba, “Debüt” uşaq studiyasının gənc artistləri Miroslava Kirsanova, Arina Muqallimova, Timur Lyapin və Yan Loqoşa, gənc artistlər Yelena Paksivatova və Boris Qavrilov, gecənin xüsusi qonağı, Mossovet adına Teatrın solisti, "Respublika" qrupunun keçmiş solisti, "Kultura" telekanalında "Romansın romantikası" layihəsinin iştirakçısı Mixail Panferov iştirak ediblər.

Tədbirin quruluşçu rejissoru Bakıdakı Rus evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Qavrilova olub.

Konsertdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov, Qırğızıstanın Azərbaycandakı və Gürcüstandakı səfiri Kayrat Osmonaliyev, MDB ölkələrinin diplomatik korpusunun əməkdaşları, şəhərin mədəni ziyalılarının nümayəndələri, biznes strukturlarının və ictimai təşkilatların təmsilçiləri, İkinci Dünya müharibəsi veteranlarının ailələri, bakılılar və rus həmvətənləri iştirak ediblər.

Teatrın foyesində Qələbə Muzeyinin (Moskva) “Vernisaj” fotosərgisi təşkil edilib.

# 612 dəfə oxunub

Müəllifin son yazıları

# # #