Rus Dram Teatrının iyun repertuarı

Rus Dram Teatrının iyun repertuarı
31 may 2024
# 18:50

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının iyunun ilk yarısı üçün repertuarı açıqlanıb.

Kulis.az xəbər verir ki, iyunun 2-də “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası baş tutacaq.

Tamaşa Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin eyniadlı pyesi əsasında səhnələşdirilib və Azərbaycanın Xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Bundan başqa, teatrın iyunun birinci yarısı üçün repertuarında “Artistin taleyi” (iyunun 1-də), “Albalı bağı” (iyunun 7-də), “Kişi, qadın, pəncərə...sevgili” (iyunun 8-də), “Əli və Nino” (iyunun 9-da), mayın 20-də premyerası olmuş “Yekaterinanın yataq otağında” (iyunun 14-də), “Qürur və qərəz” (iyunun 16-də) tamaşaları yer alıb.

# 502 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #