Rüfət Həsənov ARKA-ya rəhbər təyin olunub? - Açıqlama

Rüfət Həsənov ARKA-ya rəhbər təyin olunub? - Açıqlama
18 iyul 2023
# 16:46

Bu gün Mədəniyyət Nazirliyində kino ictimaiyyətinin nümayəndələri ilə görüş baş tutub. Görüşdə ARKA-nın elan etdiyi müsabiqəsinin şərtləri və qonorar fondu açıqlanıb.

Kulis.az xəbər verir ki, görüş sonrası Azərbaycan Kinematoqrafçılar İttifaqının feysbuk səhifəsində sözügedən görüşdə Kino Agentliyinin rəhbəri vəzifəsini icra edən şəxs olaraq kinorejissor, prodüser Rüfət Həsənovun təqdim olunması ilə bağlı məlumat yayımlanıb.

Məlumatı dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Media və Kommunikasiya Şöbəsinin müdiri Aynur Kərimova məsələyə aydınlıq gətirdi:

"Məlumat həqiqəti əks etdirmir. Görüşdə ARKA-nın fəaliyyətdə olduğu, normativ aktların, strukturun ve digər vacib təşkilati proseslərin getdiyi qeyd edilib. Dəfələrlə bildirilib ki, ARKA kollegial sürətdə idarə olunur".

# 1690 dəfə oxunub

Müəllifin son yazıları

# # #