Rubensin 300 il əvvəl itirdiyi rəsm əsəri 7,6 milyon dollara satıldı

Rubensin 300 il əvvəl itirdiyi rəsm əsəri 7,6 milyon dollara satıldı
20 iyun 2023
# 17:51

300 ildir itdiyi düşünülən, Flamand rəssamı Peter Paul Rubensin (1577-1640), "Müqəddəs Sebastyanı tərbiyə edən iki mələk" əsəri Sotheby's hərracında 7,6 milyon dollardan çox qiymətə satılıb.

Kulis.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Rəsm 60 il əvvəl ABŞ-ın Missuri ştatında tapılıb və 15 il bundan əvvəl rəssam Laurent de la Haire (1606-1656) əsəri kimi satılıb.

Şəklin ABŞ-yə necə gətirildiyi məlum deyil.

# 689 dəfə oxunub

Müəllifin son yazıları

# # #