Roma Papası: "Quranın yandırılmasına nifrət edirəm"

Roma Papası:  "Quranın yandırılmasına nifrət edirəm"
3 iyul 2023
# 11:02

Roma Papası Fransisk Quranın yandırılmasına nifrət etdiyini bildirib.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən qəzəbliyəm, belə hərəkətlərə nifrət edirəm. Möminlərin xatirinə müqəddəs kitablara hörmətlə yanaşmaq lazımdır. Söz azadlığını bəhanə edib başqalarını təhqir etmək olmaz!".

Qeyd edək ki, 37 yaşlı iraqlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki kafedral məscidi yaxınlığında polisin icazəsi ilə aksiya keçirmiş, Quranın içinə bekon qoyaraq kitabı yandırmış, Qurandan cırdığı vərəqlərlə ayaqqabısını silmişdi.

# 968 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #