"Rokki"nin aktyoru vəfat etdi

"Rokki"nin aktyoru vəfat etdi
19 oktyabr 2023
# 10:37

Aktyor Burt Yanq 83 yaşında vəfat edib.

Kulis.az "New York Times"a istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Aktyorun ölümünü qızı Enn Morea Steinqeser təsdiqləyib.

Qeyd edək ki, B.Yanq "Rokki" filmindəki rolu ilə məşhurlaşıb.

Bundan başqa aktyor "Son kod", "Əfsanəvi soyğunçu", "Kevin gözləyə bilər", "Horas və Pit" filmlərində də oynayıb.

# 613 dəfə oxunub

Müəllifin son yazıları

# # #