Rok qrupu 7 il aradan sonra qayıdır

Rok qrupu 7 il aradan sonra qayıdır
7 sentyabr 2024
# 10:19

Dünyaca məşhur "Linkin Park" rok qrupu 7 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, qrup 2017-ci ildə solist Çester Beniniqtonun intiharından sonra çıxışlarına fasilə vermişdi.

Ölən vokalçının yerini isə Emmi Armstronq tutub.

Qeyd edək ki, "Linkin Park" 2000-ci illərin ən uğurlu rok qruplarından biri hesab olunur. Qrupun mərhum solist Çester Beniniqton Kaliforniyadakı evində özünü asmışdı. O, uzun illər içki və narkotik asılılığına görə müalicə alıb.

# 256 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #