Hollivud ulduzu Robert De Nironun 19 yaşındakı nəvəsi Leandro De Niro Rodrigezin ölüm səbəbi açıqlanıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Leonardonun anası onun qadağan olunmuş fentanil tərkibli həblər qəbul etdiyini bildirib.
"Kimsə onu fentanil tərkibli dərmanlara öyrəşdirib. Həmin insanlara görə oğlum gözlərini əbədi yumdu".
Qeyd edək ki, Leandro De Niro Rodrigez Leonardo De Nironun övladlığa götürdüyü qızı, aktrisa Drenanın övladıdır.