Rihannanın sevgilisi 24 il həbs oluna bilər

Rihannanın  sevgilisi 24 il həbs oluna bilər
2 yanvar 2024
# 11:30

Müğənni Rihannanın sevgilisi reper A$AP Rokki 24 il həbs oluna bilər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb onun dostu ilə atışması olub.

Qeyd edək ki, 2021-ci il noyabrın 6-da Rihannanın sevgilisi ilə dostu arasında mübahisə baş vermişdi. Nəticədə, həmin şəxs silahı dostuna tuşlayıb və onun oynaqlarına atəş açmışdı. Daha sonra reper günahını etiraf etməsə də, zərərçəkmiş işi yenidən açmaq və cinayətkarı cəzalandırmaq qərarına gəlib.

# 635 dəfə oxunub

Müəllifin son yazıları

# # #