Rıbak üçüncü dəfə “Avroviziya”da

Rıbak üçüncü dəfə “Avroviziya”da
24 yanvar 2026
# 13:31

Məşhur norveçli skripkaçı və müğənni Aleksandr Rıbak ölkəsini yenidən Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək istəyir.

Kulis.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Rıbak Norveçin milli seçim yarışı olan “Melodi Grand Prix 2026”da iştirak edəcək. Belarus əsilli ifaçı fevralın 28-də olacaq milli seçimlərə “Rise” adlı yeni mahnı ilə qatılacaq. “Melodi Grand Prix 2026”nın qalibi Norveçi “Eurovision 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ əldə edəcək.

Xatırladaq ki, Aleksandr Rıbak iki dəfə Norveçi bu beynəlxalq mahnı müsabiqəsində təmsil edib. “Eurovision 2009”da “Fairytale” mahnısını ifa edən müğənni 387 xalla yarışın qalibi olub. O, ikinci dəfə 2018-ci ildə “That's How You Write a Song” treki ilə müsabiqəyə qatılsa da, bu dəfə əvvəlki uğurunu təkrarlaya bilməyib və finalda 15-ci yeri tutub.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər