Respublika Uşaq Kitabxanası Uşaq Festivalında iştirak etdi

Respublika Uşaq Kitabxanası Uşaq Festivalında iştirak etdi
3 iyun 2024
# 14:00

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərciyini xatırladıb.

Park müxtəlif mövzu və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.

Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb. Respublika Uşaq Kitabxanasının və Bakı Kitab Mərkəzinin birgə təşkil etdiyi proqram çərçivəsində tanınmış uşaq yazarları ilə görüşlər, uşaqlar üçün "Oxu saatı", həmçinin, ustad dərsləri diqqətə çatdırılıb. Proqram çərçivəsində yazıçı Çinarə Köçərli, Mehriban Nağıyeva, Əyyub Türkay, Gülizar İbrahimova, Solmaz Amanovanın oxucularla görüşü baş tutub və sevilən müəlliflər kitablarından uşaqlara hədiyyə edib.

Guşədə, həmçinin rəsm müsabiqəsi və @gardenshopaz gül mağazasının təqdimatında "Dibçək bitkilərinin əkilməsi və onlara düzgün qulluq" adında ustad dərsi də keçirilib.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılır. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.

Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.

# 391 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #