Rəsm Qalereyasına yeni direktor təyin olundu

Rəsm Qalereyasına yeni direktor təyin olundu
17 fevral 2025
# 15:06

Mədəniyyət Nazirliyi yanında Azərbaycan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Reala İsazadə təyin edilib.

Qeyd edək ki, Reala İsazadə bundan əvvəl Heydər Əliyev Mərkəzinin Marketinq və Kommunikasiya şöbəsinin baş mütəxəssisi, "NURGÜN" şirkətlər qrupunun Müştəri xidmətləri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

# 530 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #