Rəşid Behbudovun qızı: "Çox darıxıram, ata..."

Rəşid Behbudovun qızı:  "Çox darıxıram, ata..."
14 dekabr 2023
# 10:43

Əməkdar artist Rəşidə Behbudova sosial şəbəkədə atası, əfsanəvi müğənni Rəşid Behbudovun fotosunu paylaşıb.

Kulis.az xəbər verir ki, R.Behbudova paylaşımda yazıb:

"Canım, sevimli atam, doğum günün mübarək. Sən mənim, bizim və Azərbaycanın fəxrisən. Çox darıxıram, ata, çox... Amma adın, ruhun, dəstəyin həmişə mənimlədir. Və anam yaxındır. Mənim gözümdə, ruhumda, ürəyimdə sənin və onun surətidir. Doğum günün mübarək, təkrarsız maestrom, musiqi ustadım, Rəşid Behbudovum".

Qeyd edək ki, bu gün mərhum sənətçi R.Behbudovun doğum günüdür.

# 1077 dəfə oxunub

Müəllifin son yazıları

# # #