Reperin qatillərinə ömürlük həbs cəzası verildi

XXXTentacion

XXXTentacion

22 mart 2023
# 13:50

2018-ci ildə reper XXXTentacion (əsl adı Jasey Onfroy) qətlində təqsirli bilinən üç kişiyə ömürlük həbs cəzası verilib.

Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, 28 yaşlı Maykl Boatrayt, 26 yaşlı Dedrick Williams və 24 yaşlı Trayvon Newsom ömürlük həbs oluinub.

Tezliklə ömürlük həbs cəzasının qüvvəyə minəcəyi bildirilib.

Daha əvvəl XXXTentacion-un qətlində təqsirləndirilən dörd nəfərdən biri olan Robert Allen cinayətə səbəb olan hadisələrdən danışmışdı. Allen 2022-ci ilin avqustunda reperi öldürməkdə ittiham olunduğunu etiraf edərək digər müttəhimlərə qarşı ifadə verməyə razı olmuşdu. Onun sözlərinə görə, o, hücum etməyə cəsarət etməyib və şəriklərini plandan əl çəkməyə çağırıb. Lakin onlar buna məhəl qoymayıblar.

Sənətçinin ölümü 2018-ci il iyunun 18-də məlum olub. Musiqiçi avtomobilində olarkən iki silahlı şəxs ona hücum edib. Hücum edənlərdən biri tapança ilə XXXTentacion-a atəş açıb. Onfroy aldığı yaradan xəstəxanada dünyasını dəyişib.

Убийцам рэпера XXXTentacion дали пожизненный срок: Музыка: Культура:  Lenta.ru

# 699 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #