Rep dünyasının qadın ulduzu vəfat etdi

Rep dünyasının qadın ulduzu vəfat etdi
2 yanvar 2023
# 11:30

Gangsta Boo adı ilə tanınan məşhur reper Lola Chantrell Mitchell 43 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, “Three 6 Mafia” hip-hop qrupunun keçmiş üzvü olan reperin ölümün səbəbi hələ məlum deyil.

Qeyd edək ki, sənətçi qrupa qoşulan ikinci qadın olub. O, “Three 6 Mafia” qrupunun albomları olan “Mystic Stylez” (1993), “Chapter 1: The End” (1996) və “Chapter 2: World Domination”da (1997) iştirak edib. 2001-ci ildə isə Gangsta Boo pul mübahisələrinə görə qrupdan ayrılıb.

# 1309 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #