#

Rəngkarlıq Muzeyində “Danışır qadınlar” filmi nümayiş olunacaq

Rəngkarlıq Muzeyində “Danışır qadınlar” filmi nümayiş olunacaq
17 iyul 2023
# 13:30

İyulun 21-də Azərbaycan Rəngkarlıq muzeyində Miriam Tovsun eyniadlı romanı əsasında çəkilmiş “Danışır qadınlar” adlı filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, ingilis dilində altyazı ilə təqdim olunacaq ekran əsərinin xronometrajı 104 dəqiqədir.

Filmin maraqlı süjet xətti var. Bir axşam səkkiz mennonit qadın gizli görüş keçirmək üçün samanlıqda toplaşır. Son iki il ərzində həm ucqar koloniyanın bu qadınları, həm də başqa yerlərdən olan yüzlərlə qız narkotiklərlə bihuş edilərək, yerli kişilər tərəfindən seksual təcavüzə məruz qalır. Bu kişilərin qadınları cəzalandırmaq üçün gələn cinlər olduğunu deyirlər.

Qeyd edək ki, film 28-ci “Critics' Choice Awards”ın 6 mükafatının, o cümlədən “Ən yaxşı film” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyaların qalibidir, həmçinin 75-ci ABŞ Ssenaristlər Gildiyası və 95-ci Oskar mükafatının “Ən yaxşı film” kateqoriyasının nominantı olub.

Azertag

# 661 dəfə oxunub

Müəllifin son yazıları

# # #