Rejissorumuzun yeni layihəsi “Torino Film Lab”da

Rejissorumuzun yeni layihəsi “Torino Film Lab”da
13 iyun 2025
# 12:45

Rejissor və operator Daniel Quliyevin “Soviet Western” adlı tammetrajlı bədii film layihəsi Torino Film Lab-ın TFL Next – Green Narratives proqramına seçilib.

Kulis.az xəbər verir ki, layihənin rejissoru Daniel Quliyev, ssenari müəllifi və prodüseri Samaya Hillenbrand laboratoriyada iştirak edəcək və mentorlarının rəhbərliyi altında çalışacaqlar.

“Soviet Westrn” layihəsi 1980-ci illərdə Sovet İttifaqının küləkli çöllərində yerləşən nüvə raket bazasında xidmət edən iki zabitin vəzifə borcunu yerinə yetirmək məcburiyyəti ilə vicdani dilemma arasında qalmasından bəhs edir.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində fəaliyyət göstərən Torino Film Lab İtaliya Milli Kino Muzeyi tərəfindən təsis edilib və Avropa Şurasının “Kreativ Avropa” media proqramının dəstəyi ilə keçirilir.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

# # #