Rəqəmsal platformalarda film izləyənləri tez-tez tənqid edən rejissor Stiven Spilberq açıqlaması ilə gündəm olub.
Kulis.az xəbər verir ki, Spilberq pandemiyanın artıq zərərsiz hala gəldiyi üçün insanların kino zallarına getməyə başlayacağına ümid etdiyini deyib. Stiven Spilberq “The New York Times” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, pandemiya onlayn platformalara abunəliklərini rekord səviyyəyə çatdırmaq imkanı yaratdı :
“İnsanlar pul ödəməklə filmləri asanlıqla kompüterlərinə yüklədilər. Sonra hər şey dəyişməyə başladı. Kino zalları da boş qaldı. Amma inanmıram ki, sosial mühit tamaşaçısı ilə köhnə kino zalındakı tamaşaçı eyni olsun. Ümid edirəm işıqlar yenidən sönüb yandıqda biz köhnə tamaşaçılarım ilə təkrar göz-gözə gələcəyik” .