Rejissor Rusiyanı "Oskar"a film göndərməyə çağırdı

Rejissor Rusiyanı "Oskar"a film göndərməyə çağırdı
19 iyun 2023
# 13:30

Rusiyalı rejissor və Rusiya Oskar Komitəsinin keçmiş üzvü Aleksey Uçitel Rusiyanı 2023-cü ildə "Oskar"a göndərməyə çağırıb.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kinorejissor vurğulayıb ki, söhbət təkcə siyasətdən deyil, həm də sənətdən gedir: “Kino ilə məşğul olan insanlar siyasi qərarlardan əziyyət çəkməməlidir. Əksinə, bu sənət insanlara bir-birini başa düşməyə və münasibətlər qurmağa kömək edir”.

Aleksey Uçitel yerli rejissorların müsabiqəyə təqdim oluna biləcək filmlərinin olduğuna əmin olduğunu qeyd edib.

Qeyd edək ki, ötən ilin sentyabrında Rusiya Milli Kino Sənəti və Elmləri Akademiyası rus filminin 2022-ci ildə Oskar mükafatına namizəd göstərilməməsinə qərar verdiyini açıqlamışdı. Bundan sonra Rusiya Oskar Komitəsinin rəhbəri, Rusiyanın xalq artisti Pavel Çuxray vəzifəsini tərk edəcəyini açıqlamışdı.

# 799 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #