Rauf Nərimanbəyliyə həsr olunmuş konsert oldu

Rauf Nərimanbəyliyə həsr olunmuş konsert oldu
3 iyul 2024
# 18:40

Bakıdakı Rus evində Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Rauf Nərimanbəylinin xatirəsinə həsr olunmuş “Müəllimin xatirəsinə” adlı konsert olub.

Kulis.az xəbər verir ki, tədbir Bakıdakı Rus evi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil olunub.

Konsert proqramına daxil olan əsərlər BMA-nın Kamera ansamblı kafedrasının baş müəllimləri Sevda Yolçuyeva və Nərminə Hacızadənin siniflərinin tələbələri Nurcan Sadıqova, Emil Hüseynov, Faiq Əliyev, Hüseyn Məmmədov, eləcə də BMA konsertmeysteri Dilarə Kərimova, N.A. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov və BMA məktəb-studiyasının şagirdləri Leyla Yolçuyeva və Cəmilə Yolçuzadənin ifasında səsləndirilib.

# 266 dəfə oxunub

Müəllifin son yazıları

# # #