Şair, yazıçı Rasim Qaracanın “Sənin toxunduğun hər şey” hekayələr kitabı nəşr olundu.
Kulis.az xəbər verir ki, “Alatoran” nəşriyyatında çap olunan kitabda yazıçının yeni hekayələri yer alıb. Kitabın rəssamı Kəbirə Həşimovadır.
Müəllif kitab haqda bunları yazıb:
- Güllə tək sıxıram beynimə səni - Aynar Təbrizli
- Abdulla Şaiq qardaşını niyə hamıdan gizləyirdi? - ARAŞDIRMA
- Ərinə qulluq edə bilmədiyi üçün boşandı, oğluna 10 yaşında toy elədi, dəvət olunmadığı toya ağlaya-ağlaya getdi -Könülün əzablı həyatı
“Hekayə yazmaqdakı səbəblərimdən biri keçmişdə qalan, unudulub getməsini istəmədiyim, mən yazmasam birdəfəlik zamanın qaranlığında itəcək insanlara öz kitablarımda yeni həyat qazandırmaqdır. Heç olmasa bir-iki nəfəri unudulmanın burulğanından qurtarırsan - onlara yeni ömür bağışlayırsan. O insanlar özləri də unudulmaq istəməzdi, bəlkə də ən çox qorxduqları şey də elə bu idi. Biz istəsək də, istəməsək də, təəssüflərlə dolu həyatımızda qazana biləcəyimiz, qazanmalı olduğumuz tək müdriklik təəssüf etmədən yaşamağı öyrənmək, bizdən əvvəl yaşamış daha yaxşı insanların hekayətləri ilə tanış olmanın verdiyi təsəlli ilə, göy qübbəsi altında bir iz buraxmadan unudulub getmək olmalıdır..."