Rasim Qaracanın romanı ingilis dilində nəşr olundu

Rasim Qaracanın romanı ingilis dilində nəşr olundu
2 oktyabr 2023
# 16:47

Yazıçı, şair Rasim Qaracanın "On Bir Gecə - Qarabağ Dekameronu" romanı ingilis dilində nəşr olunub.

Kulis.az xəbər verir ki, "On Bir Gecə - Qarabağ Dekameronu" Qarabağ savaşı mövzusuna həsr olunmuş on əsgərin hekayəsindən ibarət erotik romandır.

İlk dəfə 2014-cü ildə nəşr olunub.

Kitabın ingilis dilinə tərcüməsi və çapı Şahbaz Xuduoğluna aiddir. Kitabın ingilscə versiyasının hüquqları da tam olaraq Qanun Nəşriyyatındadır.

Yazıçının sözlərinə görə, yeni kitabın tanıdılması və xaricdə nəşr olunması işləri ilə də Qanun Nəşriyyatı məşğul olacaq.

Qeyd edək ki, romanın səsli versiyasını "Audiokitab" portalında dinləyə bilərsiniz.

# 1127 dəfə oxunub

Müəllifin son yazıları

# # #