Rasim Müzəffərlinin yubileyi keçiriləcək

Rasim Müzəffərlinin yubileyi keçiriləcək
27 sentyabr 2023
# 18:05

1980-ci illərin əfsanəvi “OZAN” qrupunun qurucusu və rəhbəri, muğam-roküslubunun yaradıcısı, rokn-rol, texno-rok, reggey və rep üslublarında Azərbaycan dilində ilk mahnıların müəllifi Rasim Müzəffərlinin 65 illik yubileyi keçiriləcək.

Kulis.az xəbər verir ki, yubiley konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kirxa) baş tutacaq.

Rasim Müzəffərlinin “Rekviem”, “Neylərəm”, “Pəncərə”, “Batmış gəminin mahnısı” və digər əsərləri gənclər arasında geniş populyarlığa malikdir. Məhz buna görə konsert proqramında Rasim Müzəffərli ilə yanaşı, istedadlı gənc ifaçılar da yubilyarın müəllifi olduğu mahnıları ifa edəcəklər.

Məlumat üçün qeyd edək ki, Yubiley konserti “Sofar Sounds” beynəlxalq layihəsi tərəfindən həyata keçiriləcək. Ölkəmizdə 2016-cı ildən bəri uğurla davam etdirilən layihənin Azərbaycan üzrə rəsmi təmsilçisi Rəşad Nəzərlidir.

“Sofar Sounds Baku”nun məqsədi istedadlı ifaçılarla dinləyiciləri özünəməxsus səmimi bir mühitdə görüşdürməkdir. Bu günədək “Sofar Sounds Baku” fərqli məkanlarda istedadlı və sevilən musiqiçilərlə dinləyiciləri bir araya gətirib.

Layihənin ilk xüsusi buraxılışı olan konsert haqqında ətaflı məlumatı https://www.instagram.com/sofarbaku/ rəsmi instaqram səhifəsinə keçid edərək, əldə edə bilərsiniz.

# 959 dəfə oxunub

Müəllifin son yazıları

# # #