Rasim Balayev: "Kino Agentliyi yaradılacaq, mən ora seçilmək istəmirəm"

Rasim Balayev:  "Kino Agentliyi yaradılacaq, mən ora seçilmək istəmirəm"
20 aprel 2023
# 12:50

"Mədəniyyət Nazirliyindən xahiş edirəm, ildə çox yox, heç olmasa 4 kino adamı təhsil üçün xarici ölkəyə göndərilsin”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib:

Onun sözlərinə görə, vaxtilə Türkiyə kinosu da inkişaf etməmişdi, amma xaricdə təhsil və daha da professionallaşmanın nəticəsində bu gün vəziyyət yaxşıdır.

Rasim Balayev çıxışı zamanı milli filmlərin çəkilməsinin əhəmiyyətindən danışıb, dramaturqların yetişdirilməli olduğunu vurğulayıb.

"Kino Agentliyi yaradılacaq. Mən ora seçilmək istəmirəm. Amma çox xahiş edirəm, oraya ölkəsini sevən, kinomuzu bilən adamları toplaşsın", - deyə o qeyd edib.

# 717 dəfə oxunub

Müəllifin son yazıları

# # #