"Rammstein"nin vokalisti yenidən zorakılıqda ittiham olunur

"Rammstein"nin vokalisti yenidən zorakılıqda ittiham olunur
25 iyul 2023
# 13:46

Avstriyalı Beate H. adlı qadın "Rammstein"nin vokalisti Till Lindemannı zorakılıqda ittiham edib.

Kulis.az xəbər verir ki, bu barədə ORF portalı məlumat yayıb.

Beate H.-nin sözlərinə görə, rok qrupu onu ziyafətə dəvət edib. Daha sonra Till Lindemann onu və digər qızları otel otağına dəvət edib. Musiqiçi onunla cinsi əlaqədə olmaq istəyib. O, rədd cavabını eşidəndən sonra qadının ombasına bir neçə dəfə zərbə endirib. Beate H. hər şeyin onun razılığı olmadan baş verdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl də Lindemanna qarşı zorlama maddəsi ilə cinayət işi açılmışdı. Alman müğənninin konsertlərdən sonra qadınlara qarşı cinsi zorakılıq hərəkətləri etdiyi iddia olunurdu. 60 yaşlı Lindemann isə vəkilləri vasitəsilə dəfələrlə bu ittihamları rədd edib və həqiqəti əks etdirmədiyini deyib.

# 969 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #